Prezident İlham Əliyev Uqandaya səfərə dəvət olunub


20:40     22 Noyabr 2021 21_11_22_1637599230.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Uqandaya səfərə dəvət olunub.

Femida.az xəbər verir ki, bu barədə Uqandanın yeni səfiri Muhammad Tezikuba Kisambira noyabrın 22-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən məlumat verib.

Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçısına çatdırıb.

O həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır.

Diplomat deyib ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.

Açar sözlər:

Oxunub: 460