Sabah İsmayıllı, Ağsu və Göyçayda qaz kəsiləcək


20:43     22 Noyabr 2021 21_11_22_1637599543.jpg

Qazıməmməd-Qazax yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatana qədər İsmayıllı rayonunun tam (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndinin, Göyçay rayonunun isə 7 kəndinin təbii qaz təchizatında fasilə yaranacaq.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Qurum müvəqqəti narahatlığa görə abunəçilərdən üzr istəyib.

Açar sözlər:

Oxunub: 493