Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib
09:25 23 Noyabr 2021
Cənubi Koreyanın sabiq prezidenti Çun Du-hvan noyabrın 23-də qan xərçəngi xəstəliyindən vəfat edib.
Femida.az Yonhap agentliyinə istinadla xəbər verir ki, 1980-1988-ci illərdə Cənubi Koreyanın prezidenti olmuş 90 yaşlı Çun Du-hvan paytaxt Seuldakı evində dünyasını dəyişib.
Çon Du Xvan yerli vaxtla səhər saat 8:40-da (Bakı vaxtı ilə saat 3:40-da) Seuldakı evində vəfat edib. Agentlik qeyd edib ki, keçmiş prezident xroniki xəstəlikdən əziyyət çəkib.
Çon Du Xvan 1979-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. O, 1988-ci ilə qədər ölkəni idarə edib.
Sonra məhkəmə tərəfindən Con Du Xvan barəsində ölüm hökmü çıxarılsa da, cəza ömürlük həbslə dəyişdirilib. Bir müddət sonra o vaxtkı prezident Kim De Çjun onu əfv edib.
Femida.az
Oxunub: 600
Oxşar xəbərlər
- Cənubi Koreya KXDR-də çevriliş barədə xəbərlərə aydınlıq gətirib
- Cənubi Koreya Milli Assambleyasının spikeri Azərbaycana gəlir
- Cənubi Koreya vətəndaşlarının adı "qara siyahı"dan çıxarıldı
- Cənubi Qafqazın ilk qadın prezidentinin andiçməsindən maraqlı anlar - VİDEO
- Cənubi Koreyada general intihar edib
- Cənubi Koreyada vertolyot qəzası - Ölən və yaralananlar var
- Cənubi və Şimali Koreya liderləri arasında TARİXİ GÖRÜŞ