Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib


09:25     23 Noyabr 2021 2021/11/D14FF973-51F8-4B0B-AD1C-105323C30FE5_1637648344.png

Cənubi Koreyanın sabiq prezidenti Çun Du-hvan noyabrın 23-də qan xərçəngi xəstəliyindən vəfat edib.

Femida.az Yonhap agentliyinə istinadla xəbər verir ki, 1980-1988-ci illərdə Cənubi Koreyanın prezidenti olmuş 90 yaşlı Çun Du-hvan paytaxt Seuldakı evində dünyasını dəyişib.

Çon Du Xvan yerli vaxtla səhər saat 8:40-da (Bakı vaxtı ilə saat 3:40-da) Seuldakı evində vəfat edib. Agentlik qeyd edib ki, keçmiş prezident xroniki xəstəlikdən əziyyət çəkib.

Çon Du Xvan 1979-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. O, 1988-ci ilə qədər ölkəni idarə edib.

Sonra məhkəmə tərəfindən Con Du Xvan barəsində ölüm hökmü çıxarılsa da, cəza ömürlük həbslə dəyişdirilib. Bir müddət sonra o vaxtkı prezident Kim De Çjun onu əfv edib.

Femida.az

Açar sözlər:

Oxunub: 598