Övladını küçəyə atan ana ilə bağlı araşdırmalara başlanılıb


10:27     23 Noyabr 2021 2021/11/970C41AF-BDC9-4CF3-9440-D0F1C3496FF5_1637653102.jpeg

Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan Femida.az -a verilən məlumata görə, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.

Məlumata görə, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.


Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 260