Sahibə Qafarovanın Rusiyaya səfər proqramı açıqlanıb
11:29 23 Noyabr 2021
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün noyabrın 24-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Səfərov, Anatoliy Rafailov, Rüfət Quliyev, Anar Məmmədov, Rasim Musabəyov, Tamam Cəfərova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Milli Məclisin sədri təşkilatın Şura və plenar iclaslarında gündəlikdəki məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Səfər çərçivəsində nümayəndə heyətimiz səhiyyə xidmətlərinin hamını əhatə etməsi və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Burada parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə təşkilatın gələcək fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.
Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri noyabrın 26-da başa çatacaq.
Femida.az
Oxunub: 603
Oxşar xəbərlər
- Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb
- Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
- Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Estoniyaya səfərə gedib
- Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olub
- Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"
- Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib
- Sahibə Qafarova Milli Məclis adından Türkiyəni təbrik edib
- Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb
- Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb
- Sahibə Qafarova sabah Yunanıstana gedəcək