Zəlimxan Yaqub dəfn edildi - YENİLƏNİB


18:50     11 Yanvar 2016 12517107_1080864671947374_2101421998_o.jpg

Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqub dəfn edilib.


Femida.az xəbər verir ki, Xalq şairi Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunub.

Onun dəfnində Azərbaycanın tanınmış şair və yazıçıları, elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Mərhumun ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Zəlimxan Yaqubla vida mərasimində iştirak edib.

***

Bu gün “Təzəpir” məscidində Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi başlayıb.

Femida.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, mədəniyyət və elm xadimləri, tanınmış şair və yazıçılar və adi vətəndaşlar da iştirak edir.

Xalq şairi Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.

Açar sözlər:

Oxunub: 1507