Şamaxıda satıcı sahibkarın 9 minini oğurladı - RƏSMİ


13:27     23 Noyabr 2021 2021/11/8AFE44E8-CD57-45D6-AF36-9237A8CC549F_1637660900.png

Şamaxı şəhər sakininə qarşı dələduzluq edilib.

Bu barədə Femida.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxıda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsayev Rəvan Robert oğlu rayon prokurorluğuna müraciət edərək ona məxsus mağazada satıcı işləmiş şəxs tərəfindən 9 min manat məbləğində pul vəsaitinin mənimsənilməsini göstərib.

Müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparııb.

İstintaq zamanı təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib.

Femida.az

Açar sözlər: #BaşProkurorluq    

Oxunub: 574