Ermənistanda koronavirusdan daha 48 nəfər öldü


13:47     23 Noyabr 2021 2021/11/4CAFD238-EED0-4AC0-9135-3B7642193384_1637661594.png

Ermənistanda son sutka ərzində daha 531 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 334 878 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 48 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7356-ya yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1405 nəfərdir. Aktiv xəstələrin sayı 17 195 nəfər təşkil edir.



Femida.az

Açar sözlər: #Koronavirus    

Oxunub: 243