Bakıda evlərdən və mağazadan oğurluq edilib


14:12     23 Noyabr 2021 2021/11/1BDFC0E9-C542-4F58-AD1C-0A882368C640_1637662474.png

Bakıda evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-dən 21-dək olan müddətdə Buzovna qəsəbəsindəki həyətlərin birindən 2 000 manat dəyərində dəmir borular və su mühərriki oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri T.İmanov və F.Cabbarov saxlanılıblar.

Bundan başqa, Binəqədi RPİ 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da rayon ərazisindəki evlərin birindən 2 405 manat dəyərində kombi, santexnika və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Ağayev saxlanılıb.

Eyni zamanda Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də rayon ərazisindəki mağazaların birindən 300 manat dəyərində tütün məmulatı və 1 250 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Hüseynov saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 530