“Azərişığ”ın minaya düşən işçisinin vəziyyəti stabildir


14:56     23 Noyabr 2021 2021/11/E83AAEC1-9215-4EA5-867F-02E9F304D3ED_1637664619.png

Noyabrın 21-də, Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC-nin əməkdaşı Mahir Əbilovun vəziyyəti stabildir.

“Azərişıq”dan Femida.az -a bildirilib ki, hadisədən dərhal sonar M.Əbilov “Azərişıq” rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb: “Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Femida.az

Açar sözlər: #Azərişıq    

Oxunub: 489