Avtobus körpüdən aşdı, 16 ölü


16:22     11 Yanvar 2016 525874.jpg

Meksikada ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, futbolçuları və azarkeşləri aparan avtobus körpüdən aşaraq çaya düşüb. Qəza nəticəsində 16 nəfər həlak olub. Hadisə Meksikanın Verakrus ştatında baş verib.

İlkin ehtimallara görə, hadisə avtobusun əyləc sistemində yaranan nasazlıq ucbatından baş verib. Hakimiyyət nümayəndələri ölü sayının artacağını güman edirlər. Ehtimal olunur ki, hələ çaydan çıxarılmayan avtobusun altında qalanlar da var.

Açar sözlər:

Oxunub: 984