Ağcabədidə havanı çirkləndirən zavod rəhbərliyi cərimələnib
15:21 23 Noyabr 2021
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisindəki “Fərid” MMC-yə məxsus asfalt zavoddan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olmasına baxmayaraq, ona texniki xidmət göstərilmədiyi və filtrlərin vaxtaşırı təmizlənmədiyi məlum olub.
O qeyd edib ki, faktla bağlı zavodun icraçı direktoru Fuad Cəfərov barəsində akt, protokol tərtib edilib və o, 3500 manat məbləğində cərimələnib.
Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib.
Oxunub: 357
Oxşar xəbərlər
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Ağcabədidə kişi arvadını bıçaqlayıb
- Ağcabədidə qardaş bacısını qətlə yetirib
- Ağcabədidə avtomobil yeniyetmə qızı vurub
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- DİN Ağcabədidə 30 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib
- Ağcabədidə avtomobillər toqquşub, ölən var
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb
- Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb