Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib


18:11     23 Noyabr 2021 21_11_23_1637675433.jpg

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, o, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, noyabrın 26-da Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı F.Xəlilovun 75 yaşı tamam olur.

Açar sözlər:

Oxunub: 456