Qazaxda yük maşını piyadanı vuraraq öldürüb


19:18     23 Noyabr 2021 21_11_23_1637680535.jpg

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı yük avtomobili vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 487