Serbiyada fabrikdə partlayış baş verib, ölənlər və xəsarət alanlar var
19:46 23 Noyabr 2021
Serbiyanın paytaxtı Belqrad yaxınlığında raket istehsalı zavodunda partlayış baş verib.
Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 15-i yaralanıb.
Partlayış Leştan kəndindəki “Edepro” dolu əleyhinə raket zavodunda baş verib. Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, hadisə yerinə 11 texnika və 36 yanğınsöndürən cəlb olunub.
Oxunub: 475