Ana həbsdəki oğluna narkotik gətirib


10:42     24 Noyabr 2021 2021/11/5EA72D1D-0E24-429D-8863-402469889C9A_1637743294.png

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən Femida.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Samit Civan oğlu Munasinqxeyə anası Bakı şəhər sakini Olina Oleqovna Munasinqhe tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yeməyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 2,952 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 1,472 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Cinayət Məcəlləsinin 120.1və 228.4-cü maddəlləri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Canbulad Firudin oğlu Hüseynova tanışı Bakı şəhər sakini Kamran Roman oğlu Mustafayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kəllə qəndin içərisində xüsusi üsulla yonularaq gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,420 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,412 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Həbs    

Oxunub: 454