Ermənistanda yenidən aksiyalar başlayıb


11:15     24 Noyabr 2021 2021/11/BC5B4A74-8568-42C8-9120-4E6565F8FDF0_1637743753.png

Ermənistanda “5165” hərəkatının tərəfdarları yenidən etiraz aksiyasına başlayıblar. Onlar İrəvanda bir neçə metro stansiyasına girişi əngəlləyiblər.

Femida.az xəbər verir ki, parlamentdənkənar qüvvələrin təmsil olunduğu hərəkat hər kəsi saat 18:30-da Respublika meydanına toplaşmağa çağırıb.

Aksiyaya etiraz edənlər də olub. Sərnişinlər bildiriblər ki, bütün bunlar onlar üçün xoşagəlməz vəziyyət yaradır.

Polis artıq aksiya iştirakçılarını saxlamağa başlayıb.

“5165” hərəkatı noyabrın 22-dən İrəvanda etiraz aksiyaları keçirir. Onlar Ermənistanın baş naziri Nikol Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədin məzmununu ictimaiyyətə açıqlamasını tələb edirlər.


Femida.az

Açar sözlər: #Ermənistan   #Aksiya    

Oxunub: 431