"Nizami Gəncəvinin dəyərləri bu gün də aktualdır" - Nazir


11:47     24 Noyabr 2021 2021/11/3D092108-3742-4AD4-9068-DAE6AED2394F_1637744251.png

Nizami Gəncəvi tək şair, mütəfəkkir deyil, onun əsərləri eyni zamanda körpü rolu oynayır. Onun bizə qoyduğu ədəbi və fəlsəfi miras böyük coğrafiyada körpü rolunu oynadı və xalqları, mədəniyyətləri yaxınlaşdıran vasitə oldu.

Femida.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışında deyib. Onun sözlərinə görə, Nizami Gəncəvinin dəyərləri bu gün də aktualdır:

"Azərbaycan Nizami Gəncəvinin vətəni olaraq xalqımız bu dəyərlərə sadiq olub. Nizami Gəncəvidən qalan dəyərlər indiki rəhbərlik və azərbaycanlılar tərəfindən davam etdirilir, inkişaf etdirilir. Ən görkəmli bəstəkarlar Nizami Gəncəvidən ilhamlanaraq əsərlərini yaradıblar. Bu sevgi bir neçə başqa təzahürdə də özünü göstərib".


Femida.az

Açar sözlər: #Nizami-Gəncəvi    

Oxunub: 366