Səksən nəfər "İŞİD" yaraqlısı Talibana təslim olub


12:32     24 Noyabr 2021 2021/11/45024F40-537F-4846-81FB-518EB6EB2A58_1637746157.png

“İŞİD” terror qruplaşmasının ən azı 80 yaraqlısı Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının təhlükəsizlik qüvvələrinə təslim olub.

Femida.az xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.

Terrorçular Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində tayfa ağsaqqallarının vasitəçiliyi ilə təslim olub. Əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, son üç ay ərzində Əfqanıstanın bir neçə əyalətində, o cümlədən paytaxtda bir neçə partlayış, silahlı hücumlar və atışmalar baş verib. Nəticədə həm "Taliban", həm də yerli sakinlər həlak olub. "İŞİD"in qolu olan "Xorasandakı İslam Dövləti" hadisələrin bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb.


Femida.az

Açar sözlər: #İşid    

Oxunub: 445