Qusarda qumbara və xeyli sursat aşkarlanıb


12:58     24 Noyabr 2021 2021/11/8EFC0CD6-269F-4B1A-B171-E0A06C72DDA9_1637746521.png

Qusar rayonu ərazisindən kolluq sahədə xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər. Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.


Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 201