Ermənistanda koronavirusdan ölənlərin sayı 7379-a çatıb


13:11     24 Noyabr 2021 2021/11/DCEB3FAD-72D3-45B3-B4C8-4272B4D09DDE_1637746692.png

Ermənistanda son sutka ərzində daha 860 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 335 738 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 23 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 379-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1410 nəfərdir. Aktiv xəstələrin sayı 17 088 nəfər təşkil edir.

Femida.az

Açar sözlər: #Ermənistan   #Virus    

Oxunub: 329