Bakıda binanın giriş qapısında 14 günlük körpə tapılıb - FOTO


13:58     24 Noyabr 2021 2021/11/FBE97B1D-2413-4A94-BCCB-7C3FE79A02EA_1637748262.png

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən
Femida.az -a verilən məlumata görə, gətirilərkən vəziyyəti orta-ağır olan körpə, həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.

Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib. Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.


Femida.az

Açar sözlər: #Körpə    

Oxunub: 496