ÜST koronavirusa yoluxan uşaqların müalicəsi ilə bağlı yeni tövsiyələr verib
17:12 24 Noyabr 2021
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaşı 18-ə qədər olan uşaqların multisistem iltihab sindromunun xəstəxana şəraitində müalicəsinə dair yeni tövsiyələr verib.
Femida.az qurumun saytına istinadən xəbər verir ki, araşdırmalarda 885 pasiyent iştirak edib.
Bildirilib ki, 19 yaşdan aşağı uşaq və yeniyetmələrdə COVID-19 ilə bağlı multisistem iltihab sindromu bir neçə orqanının zədələnməsinə gətirib çıxarır. Bu, nadir, lakin çox təhlükəli xəstəlik olsa da, xoşbəxtlikdən, onun müalicəsi var. Bu sindromdan əziyyət çəkən uşaqlara peşəkar səviyyədə yardım göstərmək, onları intensiv terapiya palatasına yerləşdirmək tələb olunur. Belə uşaqlara vaxtında kömək göstərilsə, onlar tam sağalırlar.
ÜST mütəxəssisləri bu sindromu ilk dəfə 2020-ci il may ayında tədqiq ediblər. Bu xəstəliyin simptomları azı üç gün davam edən qızdırma, səpgi, irinli olmayan konyunktivit, selikli dəri qatının iltihabı, yüksək qan təzyiqi, insult və başqa əlamətlər şəklində təzahür edir. Bundan əlavə, uşaq və yeniyetmələrdə qarın ağrısı, qusma, qarın işləməsi kimi hallar yarana bilər. Ən çox yayılmış risk amilləri piylənmə, ağciyərlərin və tənəffüs yollarının xroniki xəstəlikləri, o cümlədən astma, ürək-damar xəstəlikləri və immunitetin zəifləməsidir.
Oxunub: 487
Oxşar xəbərlər
- ÜST yeni koronavirus dalğasını elan edib
- ÜST meymunçiçəyi xəstəliyinin yayılma riskini qiymətləndirib
- ÜST mənşəyi məlum olmayan hepatit virusu ilə bağlı araşdırmaya başlayıb
- ÜST: COVID-19 sonuncu pandemiya olmayacaq
- ÜST koronavirusun daha təhlükəli ştamının yaranacağı barədə xəbərdarlıq edib
- ÜST növbəti pandemiyaya hazırlaşır?- Yeni infeksiya harda yaranacaq
- ÜST “stels-omikron” üzərində tədqiqata diqqət ayırmaqla bağlı çağırış edib
- ÜST yeni koronavirusu ilə bağlı məlumatı şərh edib
- ÜST: "Omikron” səhiyyə sistemini alt-üst edib"
- ÜST: "Koronavirusun “Delta” ştamı 192 ölkədə yayılıb"