Goranboyda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
19:33 24 Noyabr 2021
Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Samux rayon sakini, əvvəllər məhkum olunmuş, Nadir Hüseynov yaxın qohumu və həmyerlisi Röyal Həsənov ilə birlikdə noyabr ayının 16-da Goranboy rayonuna gələrək 2 avtomobildən ümumi dəyəri 1881 manat olan musiqi avadanlıqlarını oğurlayıblar.
N.Hüseynovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha 2 anoloji cinayət hadisəsini törətməsi məlum olub. Belə ki, saxlanılan şəxs cari ilin oktyabr ayında Goranboy rayonuna gələrək, Vətən Müharibəsi şəhidinin atasına məxsus avtomobilə qeyri qanuni yolla daxil olaraq 360 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb. Bundan başqa N. Hüseynov növbəti dəfə noyabr ayında vətəndaşa məxsus avtomobildən 450 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Goranboy RPŞ-də araşdırmalara davam etdirilir.
Oxunub: 417
Oxşar xəbərlər
- Goranboyda ağır yol qəzasında iki nəfər ölüb
- Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb
- Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb
- Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
- Goranboyda avtomobillər toqquşub, ölən var
- Goranboyda silah-sursat aşkarlanıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- Goranboyda 2 qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Goranboyda avtomobil aşıb, sürücü ölüb
- Goranboyda direktoru iş otağında qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb