Nərmin Quliyevanın əmisi oğlu məhkəmədə dindirilib
19:58 24 Noyabr 2021
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Femida.az -IN məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın əmisi oğlu Qorxmaz Quliyev ifadə verib.
Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Oxunub: 462
Oxşar xəbərlər
- Nərmin qaçırılan gün onunla birlikdə olan sinif yoldaşı məhkəmədə ifadə verib
- Nərminin işində İlkin Süleymanov DƏHŞƏTLİ FAKTLARI AÇDI: Həmin gecə səhərə qədər...
- Nərmin Quliyevanın əmisi arvadı məhkəmədə ziddiyyətli ifadə verib
- Nərmin Quliyevanın əmisi oğlu məhkəmədə yenidən dindirilib
- Nərmin Quliyevanın sinif yoldaşı məhkəmədə ifadə verib
- Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
- Nərminin qətli ilə bağlı MƏHKƏMƏ BAŞLADI
- Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovun həbs müddəti 5 ay uzadılıb
- Nərminin meyitinin o formada ortaya çıxmasında məlum verilişin rolu var - RƏSMİ
- Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - RƏSMİ