Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var


21:28     24 Noyabr 2021 21_11_24_1637774932.jpg

Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, qəza zamanı bir neçə nəfərin xəsarət aldıqları bildirilir.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Qəzanın təfərrüatları hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 272