Bakıda avtomobil 19 yaşlı gənc qızı vurub


09:27     25 Noyabr 2021 2021/11/3EAA127F-0EF2-4EBF-A89D-0F96B7940371_3275640056.jpeg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Musalı Ləman Elnur qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sağ qaş nahiyəsinin çapılmış yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər: #Qəza    

Oxunub: 374