Sudanda 42 aksiyaçı öldürülüb
10:11 25 Noyabr 2021
Sudanda hərbçilərin etirazçılara açdığı atəş nəticəsində başından güllə yarası alan 21 yaşlı Tayyib Bəhr Nasser vəfat edib.
Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Həkimlər Komitəsi məlumat yayıb. Qeyd olunub ki, oktyabrın 25-dən bəri təsdiqlənmiş ölənlərin sayı 42-yə çatıb.
Bir neçə həftədir davam edən etirazlardan sonra Sudan hərbçiləri oktyabrın 25-nə keçən gecə ölkənin baş naziri Abdullah Hamduku, eləcə də bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs ediblər.
Ölkə lideri, general Əbdülfəttah əl-Burxan ən yüksək hakimiyyət orqanlarını istefaya göndərib və fövqəladə vəziyyət elan edib. O, həmçinin 30 yaşlı prezident Ömər əl-Bəşirin devrilməsindən sonra ölkədə keçid dövrünü və ordu ilə mülki hakimiyyət arasında münasibətləri müəyyən edən konstitusiya bəyannaməsinin bir sıra maddələrinin icrasını dayandırıb.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Azərbaycanda ötən ay sudan qanunsuz istifadə ilə bağlı 505 fakt aşkarlanıb
- Tovuzda sudan qanunsuz istifadə halları aşkarlanıb
- Sudanda yeni idarəetmə şurası yaradılıb
- Sumqayıtda özünü dənizə atan şəxs sudan çıxarılıb
- Sudanda hərbçilər nazirləri həbs edib, paytaxta girişi bağlayıblar
- Kürdə batan 30 yaşlı şəxsin meyiti sudan çıxarılıb
- Ərdoğan Sudanın Suverenlik Şurasının sədri ilə görüşüb
- Sudanda idman zalına silahlı hücumda 6 nəfər öldürülüb
- Xəzərdə batan gəncin meyiti sudan çıxarılıb
- Sudan qanunsuz istifadəyə görə “Azərsu”ya 767 min manat ziyan dəyib