Yevlaxda süpürgəçini maşın vurub


10:23     25 Noyabr 2021 2021/11/CB8E67E3-7397-473C-BE66-93DDBDBBBE3A_1637823352.png

Yevlax şəhərində 64 yaşlı süpürgəçi qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, avtomobil 1957-ci il təvəllüdlü Solmaz Bədəlovanı vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər: #Yevlax    

Oxunub: 553