Türkiyənin Milli Təhlükəsizlik Şurasında Qarabağ müzakirə ediləcək


10:53     25 Noyabr 2021 2021/11/7E8EB0FE-AB83-4CDD-9454-2690CD6BCE88_1637824615.png

Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Femida.az“TRT Haber”ə istinadən xəbər verir ki, iclas Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə baş tutacaq.

Məlumata görə, toplantıda ölkə daxilində və xaricdə terrorla mübarizə əməliyyatları, regional məsələlər diqqətdə olacaq.

Eyni zamanda Aralıq dənizi, Əfqanıstan, Suriya və Qarabağdakı son vəziyyət müzakirə ediləcək.

Femida.az

Açar sözlər: #Türkiyə   #Qarabağ    

Oxunub: 687