Matevosyan Ermənistanın baş nazirinin müavini təyin edilib


11:08     25 Noyabr 2021 2021/11/51E552F7-B65B-4ACC-B2BC-E0D837942181_1637825370.png

Ambartsum Matevosyan Ermənistanın baş nazirinin müavini təyin edilib.

Femida.az xəbər verir ki, bu barədə prezident Armen Sarkisyan müvafiq fərman imzalayıb.

Matevosyan bundan əvvəl Armavir vilayətinin qubernatoru postunda çalışıb. Noyabrın 24-də tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, Suren Papikyan Ermənistanın müdafiə naziri təyin edildikdən sonra baş nazirin müavini postu boş qalmışdı.

Femida.az

Açar sözlər: #Ermənistan    

Oxunub: 420