İstanbulun Baş prokuroru : "Dünya türkləri Şuşanın azad olunmasını təntənə ilə qeyd edirlər"


13:16     25 Noyabr 2021 2021/11/9F5BA83F-5ADE-4BF5-B488-8C189BC94BC9_1637832463.png

"Bu günlər Azərbaycan xalqı üçün tarixi bir gündür. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan dövlətinin şanlı Qələbəsi ilə son qoyuldu. Bu, tarixi Qələbədir".

Femida.az -ın xəbərinə görə, bu fikirləri İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmaz Şuşaya səfərilə bağlı təəssüratlarını bölüşərək deyib.

"Azərbaycanın son 200 illik tarixində ilk dəfə müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı qələbə qazandı. Bu Qələbə Azərbaycan xalqının gələcəyi üçün elə bir əsas yaratdı ki, bu təməl üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. Bu gün qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsini bütün dünya türkləri tərəfindən təntənə ilə qeyd olunur", - o vurğulayıb.

Femida.az

Açar sözlər: #Şuşa    

Oxunub: 224