İşlətdiyi mağazada "patı" satırdı


13:38     25 Noyabr 2021 2021/11/48229861-25DC-4B4D-9D13-BE9578EED4F7_1637833533.png

Polis ərzaq mağazasında “patı” satan şəxsi yaxalayıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan
Femida.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb.

Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: #Patı   #Mağaza    

Oxunub: 205