Polisin ölümü ilə bağlı araşdırmalar aparılır


14:16     25 Noyabr 2021 2021/11/1EF5DCB3-E566-462A-839D-3CA4EA5EA731_1637836337.png

Sumqayıt Şəhər Prokurorluğunda polis əməkdaşı Rahib Mütəllimovun ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölümü ilə bağlı araşdırmalar aparılır.

Bu barədə Femida.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib.

Qeyd edək ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin polis baş serjantı R.Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.


Femida.az

Açar sözlər: #polis   #Prokurorluq    

Oxunub: 236