Kredit ikinci ali təhsil alanlara da veriləcək


14:54     25 Noyabr 2021 2021/11/21A6417B-D234-4FA2-8ED7-3F7CC8B3625A_1637837739.jpeg

"İkinci ali təhsil alan tələbə əyani, ödənişli formada oxuyursa və əvvəlki təhsil dövründə kredit götürməyibsə, tələbə təhsil kreditindən yararlana bilər".

Femida.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, TTK sistemi bu gündən açıqdır:

“Müraciət üçün konkret dövr yoxdur. Çalışırıq ki, tələbələr kreditdən yararlana bilsin.Tələbənin digər təhsil müəssisinə köçürülməsi kredit öhdəliklərini dəyişdirmir”.

Femida.az

Açar sözlər: #Kredit   #Təhsil    

Oxunub: 598