Salyanda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb


16:46     25 Noyabr 2021 21_11_25_1637840783.jpg

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ənvər İsbəndarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Femida.az -ın xəbərinə görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 27-də Salyan rayonu ərazisində qeydə alınıb.

Belə ki, Ə.İsbəndarov həyat yoldaşı Nuranə İsbəndərovanı qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, daha sonra əvəzinə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin psixiatrik stasionara yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilib.

Oktyabrın 20-də cinayəti törədən zaman və hazırda anlaqsız vəziyyətdə olan Ə.İsbəndarov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanılıb.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, Ə.İsbəndarovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün Lənkənran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 199