DİN: "Məktəblilərdə zərərli vərdişlərin yaranması 14 yaşdan başlayaraq müşahidə olunur"
18:59 25 Noyabr 2021
"Azərbaycanda narkomaniyaya cəlb olunan və buna təhrik edilən azyaşlıların sayı ilə bağlı rəqəmlər çox da qorxulu deyil".
Femida.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova jurnalistlərə açıqlamasında deyib.
DİN rəsmisi bunu Azərbaycan xalqının milli dəyərlərdən çıxış etməsi ilə əlaqələndirib: "Çünki ölkədə uşaqların gələcəyini qorumaq üçün ciddi səylə çalışılır: "Məktəblilərin daha çox kimlər tərəfindən zərərli vərdişlərə təhrik olunması məsələsinə gəldikdə burada bir çox amillər var. Başlıca səbəblərdən biri sosial şəbəkələrdir. Son zamanlar sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı hallarına rast gəlinir. İşbazların azyaşlıları bu işə sövq etməsi daxili işlər orqanlarını narahat edir. Aidiyyəti dövlət orqanları bununla bağlı ciddi mübarizə aparır".
K.Ələkbərova bildirib ki, məktəblilərdə zərərli vərdişlərin yaranması daha çox 14 yaşdan başlayaraq müşahidə olunur.
Oxunub: 613
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"