Pakistan generalı: “İran məhv ediləcək”


18:43     11 Yanvar 2016 1451197883.jpg


Pakistan Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə təhlükə yaradacaq istənilən təhdidə qarşı dərhal reaksiya verəcək.


Femida.az xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Rahil Şərif “Reşet Bet” radiosuna müsahibəsində söyləyib. Onun sözlərinə görə, Pakistan Səudiyyə Ərəbistanının regiondakı terrorizm və ekstremizmlə mübarizəsini dəstəkləyir. General İranın Səudiyyə Ərəbistanına qarşı səhv buraxacağı təqdirdə məhv ediləcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pakistanın əsas müttəfiqlərindən biridir. Ər-Riyad Pakistanın nüvə proqramının əsas maliyyəçisidir. Bəzi mənbələr Səudiyyə Ərəbistanının müharibəyə başlayacağı təqdirdə Pakistandan nüvə arsenalı ala biləcəyini bildirirlər.

Açar sözlər:

Oxunub: 8124