Ermənistanda əsgərin ölümünə görə bir nəfər saxlanılıb


20:23     25 Noyabr 2021 21_11_25_1637853846.jpg

Əsgər Suren Avetisyanın ölümü ilə bağlı təhqiqat çərçivəsində əsgər yoldaşlarından biri saxlanılıb.

Femida.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl verilən məlumata görə, noyabrın 24-də saat 14:50-də döyüş mövqelərinin birində əsgər Suren Avetisyan baş nahiyəsindən aldığı güllə yarası ilə tapılıb və xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, təhqiqat davam edir.

Açar sözlər:

Oxunub: 175