Almaniyadan azərbaycanlıların növbəti deportasiyası gözlənilir


21:18     25 Noyabr 2021 21_11_25_1637857397.jpg

Almaniyada qanunsuz yaşayan və sığınacaq üçün müraciətləri rədd edilərək, barələrində deportasiya qərarı çıxarılan 20-ə yaxın Azərbaycan Respublikası vətəndaşı deportasiya ediləcək.

Femida.az -IN xəbərinə görə, artıq bir neçə gündür ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan azərbaycanlılar Düsseldorf şəhər hava limanı yaxınlığındakı deportasiya mərkəzinə gətirilirlər.

Koronavirus testi verən azərbaycanlıların 26 noyabr gecə saatlarında çarter reysi ilə Azərbaycana deportasiya edilməsi gözlənilir.

Deportasiya olunanların əksəriyyəti 2018-2020-ci illərdə Almaniyaya qaçqın statusu almaq üçün gələn, yerli məhkəmələrdən rədd cavabı alan və indiyə kimi ölkəni könüllü tərk etməyən şəxslərdir.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin məlumatına görə, bu ilin 9 ayı ərzində 407 Azərbaycan Respublikası vətəndaşı sığınacaq istəyib. Onlardan 259 nəfərin ərizəsi rədd edilib və barələrində ölkəni könüllü tərk etmələri üçün yerli məhkəmələr tərəfindən qərar çıxarılıb.

Açar sözlər:

Oxunub: 188