Türkiyədə xüsusilə təhlükəli terrorçular zərərsizləşdirilib


09:28     26 Noyabr 2021 2021/11/27EA3446-E6BA-489B-AD6E-BA3531979712_1637903365.jpeg

Türkiyənin şərqindəki Bitlis vilayətində "Eren Kış-7" əməliyyatı çərçivəsində noyabrın 22-də məhv edilən 6 terrorçudan biri Daxili İşlər Nazirliyinin “narıncı”, digəri isə “yaşıl” siyahısında olub.

Femida.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat PKK terrorçularının qış üçün gizlənməyə çalışdıqları Bitlis vilayətinin inzibati mərkəzinin yaxınlığında jandarm qüvvələri tərəfindən həyata keçirilib.

Əməliyyatda jandarm xüsusi təyinatlıları, Hərbi Hava Qüvvələri və pilotsuz təyyarələr iştirak edib. Ümumilikdə 6 terrorçu zərərsizləşdirilib, onlardan biri Bitlisdəki qadın terrorçu dəstəsinin lideri, Suriya vətəndaşı, Baharin Afrin kod adlı Leyla Şeyxodur. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin “yaşıl” siyahısında olub və terrorçunun başına 2 milyon lirə mükafat təyin edilib.

Zərərsizləşdirilən terrorçular arasında "Soresh Qars Roni" kod adlı Erhan Mingsar da var. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin “narıncı” siyahısında olub və terrorçu üçün 1 milyon lirə mükafat təyin edilib.


Femida.az

Açar sözlər: #Türkiyə   Terror    

Oxunub: 416