Azərbaycan XİN Rusiyaya başsağlığı verdi
09:35 26 Noyabr 2021
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.
Femida.az xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in tviter səhifəsində yer alıb.
“Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, - Azərbaycanın xarici siyasət idarəsinin bağsağlığında deyilir.
Son məlumata əsasən "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində 52 nəfər həlak olub, xəsarət alanların sayı 57 nəfərə çatıb.
Qeyd edək ki, qəza cümə axşamı səhər saatlarında baş verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 428
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: "Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarışlar göndərilib"
- Azərbaycan XİN: "Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq"
- Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb