Naxçıvan əhalisinin sayı açıqlandı


10:11     26 Noyabr 2021 2021/11/6C872CE4-DAAE-4B97-946A-E5CB5E777CC9_1637907197.png

2021-ci ilin 1 oktyabrına olan məlumata görə Naxçıvan Muxtar Respublikası əhalisinin sayı bir il öncəyə nisbətdə 1 306 nəfər artarıb.

Femida.az bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hazırda muxtar respublika əhalisinin sayı 462 min 716 nəfərdir.

Cari ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 355 837 900 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 5 097 manata çatıb. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 922 milyon 291 min 600 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.



Femida.az

Açar sözlər: #Naxçıvan   #Əhali    

Oxunub: 233