İsrailə girişin şərtləri asanlaşdırıldı


10:59     26 Noyabr 2021 2021/11/AE282544-10E0-4171-8234-4266AD1542A0_1637911410.png

İsrailə girişin şərtləri asanlaşdırıb. Belə ki, artıq ölkəyə daxil olmaq üçün uçuşdan 72 saat əvvəl PCR testi əvəzinə uçuşdan 24 saat əvvəl anticisim testini təqdim etməyə icazə verilib.

Femida.az xəbər verir ki , bu barədə ölkə hökumətinin koronavirus komissiyası qərar verib.

“Koronavirusla Mübarizə Nazirləri Komissiyası telefon səsverməsi zamanı Səhiyyə Nazirliyinin mütəxəssislərinin xaricdən İsrailə daxil olma qaydalarını yeniləmək və İsrailə daxil olanlara mövcud tələblərə (İsrailə yola düşməzdən əvvəl 72 saat ərzində PCR testi) alternativ olaraq yola düşməzdən 24 saat əvvəl antigen-testindən keçməyə icazə vermək tövsiyəsini təsdiqləyib”, - deyə Baş nazirin ofisinin bəyanatında deyilir.

Məlumata görə, anticisim testi İsrailə uçmazdan əvvəl sertifikatlı laboratoriyada aparılmalıdır. Yəhudi dövlətinə gəldikdən sonra səyyahlar əvvəllər olduğu kimi “Ben Qurion” hava limanında PCR testindən keçməli olacaqlar.



Femida.az

Açar sözlər: #İsrail    

Oxunub: 235