Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Azərbaycana nə verəcək?


11:55     26 Noyabr 2021 2021/11/37559D7D-B932-4B20-BFF5-CC71CD691B45_1637917157.jpeg

“Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunması xalqımızın, minilliklərdən gələn mədəni tariximizin bütövlükdə türk dünyası irsində necə əhəmiyyət kəsb etdiyini qabartmaq fürsəti verəcək".

Bunu Femida.az -a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib. O bildirib ki, bununla da mövcud boşluqlar dolduralacaq:

“Bu gün Özbəkistan deyiləndə Buxara, Xivə, Səmərqənd şəhərləri kimi mədəniyyət ocaqları nəzərdə tutulur. Türkiyə düşünəndə Konya, İstanbul və digər şəhərləri nümunə gətiririksə, Azərbaycanda da Bakı, Şəki, eləcə də Şuşa şəhərləri mədəni irsin nümunəvi mərkəzləridir.

2023-cü ildə silsilə tədbirlər keçirilməklə, abidələri daha geniş auditoriyaya, türkdilli ölkələrin nümayəndələrinə çatdıracağıq. Bununla 30 illik işğal dövründə hansı boşluğun yarandığını, gələcəkdə bu boşluğu doldurmaq üçün hansı işlər görməyimizi həm düşünəcəyik, həm onlara cavab tapacağıq, eləcə də gələcək birgə fəaliyyətimizi müəyyənləşdirəcəyik”.

Femida.az

Açar sözlər: #Şuşa   #Azərbaycan    

Oxunub: 205