Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı


12:27     26 Noyabr 2021 2021/11/6D9C218E-5D51-4AD4-9B33-C4C57B442F68_1637917469.jpeg

“İşğaldan azad edilmiş ərazilərdə çox zəngin tarixi mədəniyət abidələrimiz var. İstər Şuşada olan 210-dan çox, istər Ağdamı bütövlükdə əhatə edən 136-dan çox, istərsə də Füzuli və Cəbrayılda olan 60-dan çox abidə tezliklə bərpa strategiyasına uyğun olaraq yenidən canlandırılacaq”.

Bunu Femida.az -a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin şəhərsalma planları hazırlanarkən burada olan tarixi-mədəniyyət abidələri mütləq şəkildə nəzərə alınır:

“Onların həmin layihələr çərçivəsində bərpası, öz yerini tutması və müasirləşən şəhərlərinin tarixi simasi olması nəzərdə tutulur. Düzgün planlaşdırılmış və təsnifatlaşdırılmış abidələrin tezliklə bərpası ilə bu şəhərləri gözəlləşdiriləcək, onların həqiqətən Azərbaycan şəhər və kəndləri olması barədə lazımi atributlar və əlamətlər yenidən qaytarılacaq. Bu bütövlükdə irsmizin bərpasının təcəssümü olacaq. Böyük qayıdış mədəniyyətin qayıdışı olmadan mümkün deyil”.

A.Cəfərli qeyd edib ki, artıq “Ağdam dram teatrı”, “Üzərlik təpə”nin geri qaytarılması, “Çörək muzeyi”nin yenidən bərpası olunması və ya konservasiya edilərək saxlanılması , Qiyaslı məscidinin, Qutlumusaoğlu türbəsinin yenidən bərpası məsələləri gündəmə gətirilir. O qeyd edib ki, artıq real təkliflər səsləndirilir və ardıcıllıq müəyyən edilir.


Femida.az

Açar sözlər: #Mədəniyyət    

Oxunub: 653