Baş nazir rusiyalı həmkarına başsağlığı verib


13:26     26 Noyabr 2021 2021/11/016EA9CA-0215-4EB4-8950-481F38DF0535_1637918769.png

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Femida.az - a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.


Femida.az

Açar sözlər: #Başnazir    

Oxunub: 429