Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb


13:49     26 Noyabr 2021 2021/11/8E520BCC-13C1-4C0B-BCDD-B9D14A75D92A_1637920355.png

Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısı alınıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

"Dövlət Təhlükəsizlik Komitəsi Daxili İşlər Nazirliyi ilə birlikdə ölkədə hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb", - açıqlamada deyilir.

Qeyd olunub ki, cinayətkar qrup qarşıdan gələn parlament seçkilərindən seçkilərdən dərhal sonra ölkədəki ictimai-siyasi vəziyyəti pozmaq üçün təxribatların təşkilini, ardınca hakimiyyətin zorakılıqla ələ keçirilməsini planlaşdırıbmış. Artıq faktla bağlı “Hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlıq” maddəsi ilə cinayət işi açılıb.

Bu planın həyata keçirilməsi şübhəlilər 1000-ə yaxın “aqressiv gənc”i cəlb etmək niyyətində olublar. İş çərçivəsində 15 nəfər saxlanılıb.

Qırğızıstan parlamentinə seçkilər noyabrın 28-nə təyin edilib. Seçkilər qarışıq sistem üzrə keçiriləcək - 54 deputat partiya siyahıları, 36 deputat isə birmandatlı dairələr üzrə seçiləcək.

Femida.az

Açar sözlər: #Qırğızıstan    

Oxunub: 555