Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər


20:46     26 Noyabr 2021 21_11_26_1637945218.jpg

Azərbaycan, Rusiya və Ermənistan liderləri Soçi görüşünün yekunları ilə bağlı birgə üçtərəfli bəyanat yayıblar.

Birgə bəyanatda deyilir:

Biz, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlara son verən 9 noyabr 2020-ci il və regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ilə bağlı 11 yanvar 2021-ci il bəyanatlarının icrasının gedişatını müzakirə etdik.

9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün bəndlərinin bundan sonra da ardıcıl icra edilməsinə və ciddi riayət olunmasına bağlılığımızı təsdiq etdik.

Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşməsində və təhlükəsizliyin təmin olunmasında vacib töhfəsini qeyd etdik.

Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin sorğusu əsasında Rusiyanın məsləhətçi yardımı ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması üzrə iş aparılması ilə bağlı razılaşdıq.

11 yanvar 2021-ci il bəyanatına uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyi ilə bağlı yaradılan üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədi ilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyini vurğuladıq.

Rusiya bundan sonra da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqı arasında etimad mühitinin formalaşması, eləcə də regionda mehriban qonşuluq münasibətlərinin qurulması üçün lazımi yardımı edəcək.

Açar sözlər:

Oxunub: 329